Donald Tramp: “Putin Obamadan güclü liderdir”

11 Mart 2016 10:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Tramp bu barədə Respublikaçılar partiyasından olan digər opponentləri ilə debatı zamanı qeyd edib: "Əgər biz Putin barədə danışırıqsa, düşünürəm ki, o, Rusiya üçün çox güclü liderdir. Sizə deyim ki, bizim liderimizdən daha güclüdür. Lakin bu o demək deyil ki, mən Putini dəstəkləyirəm".

Donald Tramp əlavə edib ki, bunu müsbət və ya mənfi mənada demir: "Bu, faktdır".

Xatırladaq ki, bir müddət öncə Tramp respublikaçıların debatı zamanı Rusiya ilə münasibətləri düzəltməyin olun üçün xoş olacağını bildirmişdi.

Aydan AXUNDOVA