Ana 21 yaşlı qızından polisə şikayət etdi

11 Mart 2016 12:19 (UTC+04:00)

Bakıxanov qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü G. H. martın 9-da evdən gedib. O, evlənmək məqsədilə Göyçay rayon sakini, 1992-ci il təvəllüdlü Elşən Həmidovla qaçdığı bildirilir. 21 yaşlı qızın anası F. A. qızının qaçırılması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edib. O, qızının zorla qaçırıldığını deyib.

Faktla bağlı araşdırma aparılır.

teleqraf.com