Dünyanın ən yaşlı kişisi seçildi – Sənədləri tapılmırmış (Foto)

11 Mart 2016 17:02 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, 112 yaşlı İsrail sakini İsrael Kristal rəsmi olaraq dünyanın ən yaşlı kişisi seçilib.

Məlumata görə, Kristalın ailəsi "Gerontology Research Group"dan elektron məktub alıb. 110 yaşından yuxarı şəxsləri izləyən bu beynəlxalq araşdırmaçılar qrupu öz siyahılarını Ginnesin rekordlar kitabına göndərir. Dünyanın ən yaşlı kişisi adını almaq üçün namizədin yaşını sübut edən sənəd tələb olunub. İlkin olaraq Kristalda müvafiq sənədlər olmayıb. Lakin bu yaxınlarda lazımi sənəd Polşada tapılıb.

Aydan Axundova