Daxili işlər nazirinin I müavini vəzifəsi yaradıldı - Fərman

11 Mart 2016 19:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"də bir sıra dəyişikliklər edilir:

- 5.2-ci bənddə "Daxili işlər nazirinin" sözlərindən sonra "birinci müavini və" sözləri əlavə olunur:

"5.2. Daxili işlər nazirinin birinci müavini və müavinləri nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər".

- 5.4-cü bənddə "həyata keçirilməsini" sözlərindən sonra "nazirin birinci müavininə, o olmadıqda" sözləri əlavə olunur:

"5.4. Azərbaycan Respublikasının daxili işlər naziri öz səlahiyyətlərinin həyata keçirilməsini nazirin birinci müavininə, o olmadıqda nazir müavinlərindən birinə tapşıra bilər".

Həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu"nda 1-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilir:

"Nazirin birinci müavini";