“Azərbaycan torpaqlarının işğalı beynəlxalq qanunların pozulmasıdır“

11 Mart 2016 20:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Report-a açıqlamasında İSESKO-nun baş direktoru Osman bin Əbdüləziz əl-Tüveycri deyib.

Baş direktor bildirib ki, onun İV Qlobal Forumundakı çıxışı da elə BMT TŞ-nin zəif tərəflərinə diqqət cəlb edilməsinə yönəlib: "İSESKO-nun erməni aqressiyası və Azərbaycanın 20% ərazilərin işğalı ilə bağlı mövqeyi ondan ibarətdir ki, bu işğal qanunsuzdur, təşkilat buna qarşı çıxır. Beynəlxalq ictimaiyyət Ermənistanı bu ərazilərdən geri çəkilməyə məcbur etməlidir. Çünki birincisi, bu, beynəlxalq qanunların pozulmasıdır, ikincisi də bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır".
Onun fikrincə, BMT TŞ-də islahatlar baş tutarsa, bu, Azərbaycan torpaqların işğalı ilə bağlı qəbul olunan 4 qətnamənin icra edilməsinə imkan aça bilər.