Neft qiymətləri sabitləşə bilər -Beynəlxalq Enerji Agentliyi
11 Mart 2016 22:29 (UTC+04:00)
AzNews.az Report-a istinadən xəbər verir ki, bu, ABŞ-da neft hasilatının azaldılması və digər ölkələrin neft tədarükünün qarşısının alınması nəticəsində baş verir.
İranın prosesə qoşulması nəticəsində artım olacağına dair qorxular da özünü doğrultmayıb.
Neftin qiyməti 2014-cü ilin iyunundan bəri 70 faiz düşərək bu ilin əvvəlində 27 dollara satılıb.
Sənaye ölkələrində enerji siyasətini əlaqələndirən agentlik güman edir ki, qeyri-OPEC ölkələrində də istehsalın həcmi 2016-ci ildə sutkada 750,000 min barelə düşəcək.
ABŞ-dakı istehsalınsa sutkada 530,000 min barel azalacağı proqnozlaşdırılır.