Qəza dövlət büdcəsinə 9 minə yaxın ziyan vurdu - Foto
12 Mart 2016 13:21 (UTC+04:00)
"Azəravtoyol" ASC-dən AzNews.az-a verilən məlumata görə, "Kamaz" markalı "22 BC 360" dövlət nömrə nişanlı qoşqulu yük maşını yolayrıcında olan əyri-xətli dəmir tirləri dağıdaraq aşıb. Qəza zamanı 140 poqon metrə yaxın dəmir arakəsmə sıradan çıxıb və bununla da dövlət büdcəsinə ilkin hesablamalara əsasən 9 min manata yaxın ziyan dəyib.
Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq aidiyyəti üzrə göndərilib. Hazırda qəzanın fəsadları "Azəravtoyol" ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılır.
Qeyd edək ki, baş vermiş ağır qəza zamanı yük maşınında olan sərnişin 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Sürücü Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlu ağır yaralanıb.

