Qohumunun evindən oğurluq edən qadın tutuldu

12 Mart 2016 14:52 (UTC+04:00)

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsi 7-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də Bakı şəhər sakini Samir Vəlimətovun evindən 950 manat və qızıl əşyalar oğurlamış qohumu Elnurə Məmmədova tutulub.