Azərbaycanlı iş adamı qətlə yetirildi - Rusiyada

12 Mart 2016 16:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, yaxınlarının APA-ya verdiyi məlumata görə, 1975-ci il təvəllüdlü, Azərbaycanın Mingəçevir şəhərində doğulan Abdullayev Eldəniz Valeh oğlu Rusiyanın Novukuznetsk şəhərində naməlum şəxslər tərəfindən bıçaqlanaraq öldürülüb.

İş adamının meyiti sabah Azərbaycana gətirilərək Mingəçevir şəhərində dəfn olunacaq.