Lənkəranda mağaza yandı

12 Mart 2016 17:25 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Şəhidlər xiyabanı küçəsində yerləşən avtomobil ehtiyat hissələrinin mağazasının anbarında qeydə alınıb.

Güclü yanğın nəticəsində şəhər sakini Hamlet Cabbarlıya məxsus mağazada xeyli sayda ehtiyat hissəsi və məişət avadanlıqları yanıb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğının qarşısı alınıb.

90 kvadratmetr sahəsi olan mağazanın təxminən yarısı yanaraq yararsız hala düşüb.