Suriyadan atılan mərmilər - Türkiyə ərazisinə düşdü

12 Mart 2016 23:48 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, mərmilərdən biri polis idarəsi və hərbçilərin kazarmaları arasındakı boş əraziyə düşüb, digəri isə partlamayaraq binanın divarına girib.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Sakinlər dərhal ərazidən təxliyə edilib. Hadisə yerində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.