Həftənin ilk iş günü üçün hava proqnozu - Duman, çiskin, yağış

13 Mart 2016 16:39 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 5-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq.

Səhər bəzi yerlərdə duman olacağı, axşam isə yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.