Evinə qonaq gələn tanışı - Evi talayıb qaçdı
13 Mart 2016 20:27 (UTC+04:00)
AzNews.az-ın Lent.az-a istinadən məlumatına görə, 35-ci Polis Bölməsinə müraciət edən 1950-ci il təvəllüdlü Korjoba Lyubov Dmitriyevna bildirib ki, tanışı Anar adlı şəxs onun evindən oğurluq edib.
Qadın bildirib ki, həmin şəxs martın saat 20 radələrində evdən 1200 manat pul və mobil telefonu götürərək qaçıb.
Müraciət əsasında araşdırma aparılır.