Ankarada daha bir terror - 37 ölü, 71 yaralı (Yenilənib)

14 Mart 2016 11:45 (UTC+04:00)

O bildirib ki, hücum nəticəsində ölənlərin sayı 37 nəfərə yüksəlib: "Hazırda xəstəxanada 71 yaralı müalicə alır. Onlardan 15-inin vəziyyəti ağır olaraq qalır".

***
09:11

Hücum sonrası Davudoğlunun sədrliyi ilə keçirilən Təhlükəsizlik Zirvəsi sonrası səhiyyə naziri Mehmet Müezzinoğlu açıqlama verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir bombalı maşınla təşkil olunan hücumda həyatını itirənlərin sayının 34-ə yüksəldiyini, yaralı sayının isə 125 olduğunu açıqlayıb.

Müezzinoğlu yaralılardan 19-unun vəziyyətin ağır olduğunu bildirib.


***
13.03.2016
22:18

Ankara Valiliyinin yaydığı ikinci açıqlamada bildilirib ki, bu gün Ankarada baş vermiş partlayış nəticəsində hadisə yerində 23 nəfər ölüb.

Daha 4 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə nəticəsində 75 nəfər yaralanıb.

***
22:13

Türkiyənin paytaxtı Ankarada baş vermiş partlayışda 25 nəfər ölüb, 75 nəfər yaralanıb.

Bu barədə Ankara Valiliyinin yaydığı rəsmi açıqlamada bildirilib.

***
21:59

Türkiyənin Doğan Xəbər Agentliyi hadisə yerində 5 meyit görüldüyünü qeyd edib.

Hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

***
21:46

Ankaranın mərkəzi Kızılay meydanında baş vermiş partlayışın səbəbi hələlik məlum deyil.

Təsdiqlənməmiş məlumatlarda partlayışın bomba yüklü maşın tərəfindən törədildiyi bildirilib.

Digər mənbələrdə isə partlayışın canlı bomba tərəfindən törədildiyi iddia olunub.
Partlayış Kızılay meydanın ətrafında təxminən 10-a qədər avtobus dayanacağının olduğu ərazidə baş verib. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşınının cəlb olunması çoxlu sayda yaralı olduğunu söyməyə əsas verir.
Hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Türkiyə Radio və Televizya Üst Qurumu hadisə ilə bağlı mediaya yayın qadağası tətbiq edib.

***
21:13

Türkiyənin paytaxtı Ankarada növbəti partlayış baş verib.

Partlayış Ankaranın mərkəzi Kızılay meydanındakı avtobus dayanacağında baş verib.

İlkin məlumata görə, hadisə yerində çoxlu sayda yaralı var.

Partlamanın nəticəsində 6-7 maşının və sərnişin avtobusu tamamilə yanıb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və onlarla təcili tibbi yardım maşınları cəlb edilib.

Qeyd edək ki, bu il fevralın 17-də Ankarada terror aktı baş verib. Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına olan bombalı hücum nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.

APA