Sərhəddə öldürülənlərin meyitləri ekspertizaya aparıldı - Yenilənib

13 Mart 2016 23:34 (UTC+04:00)

Hazırda Məhkəmə Tibbi Ekspertizası Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində meyitlərin ekspertizası aparılır.

***
21:17

Bu gün Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınan zaman öldürülən 5 nəfərin kimliyi bilindi.

Öldürülənlərin 3-ü banqladeşli, 2-si isə Yardımlı rayonunun Ostayir kəndinin sakinləridir. Öldürülən Ostayir sakinləri Rəhimov Sadiq Teyyub oğlu və Qasımov Əkbər Əjdər oğlu olub.


ans press