Türkiyəli məşhurlardan terrora sərt reaksiya: “Artıq yetər“

13 Mart 2016 23:02 (UTC+04:00)

Türkiyənin tanınmış simaları 5 nəfərin dünyasını dəyişdiyi deyilən partlayışa biganə qalmayıb. Onlar sosial şəbəkədə terrora sərt reaksiya göstəriblər.

Teleaparıcı Burcu Esmersoy: "Artıq yetər, teror olmasın".

Müğənni Hadisə: "Gözəl ölkəm, səni yenə qana boyadılar. Ankara üçün dua edək".

Aktrisa Nurgül Yeşilçay: "Yenə, yenidən keçmiş olsun".

Müğənni Petek Dinçöz: "Terroru lənətləyirik. Artıq yetər".

Müğənni Fərhat Göçer: "Terroru törədənə, dəstəkləyənə, terror üzərindən siyasət aparana lənət olsun. Bu necə vəhşilik, bu necə canilikdir. Yenə acı, yenə qan, yenə göz yaşı. Allahım bu kabus bitsin".

Müğənni Demet Akalın: " "Biz yaxşıyıq, bizə heç nə olmadı, narahat olmayın" deməyə insan utanır. Çox üzgünüz, Ankara".

Teleaparıcı Ece Erken: "Söylənəcək söz qalmadı. Həlak olan vətəndaşlarımıza rəhmət, yaxınlarına səbr, yaralılara Allahdan şəfa diləyirəm. Başımız sağ olsun".


Musavat.com