İranda sərnişin qatarı relsdən çıxıb

10 Noyabr 2012 16:31 (UTC+04:00)
İranda sərnişin qatarı relsdən çıxıb. Qatar Zahedan-Tehran xətti üzrə hərəkət edirmiş. Faciə yolun yarısı qət ediləndən sonra baş verib.

Az.News.az-ın "Vesti"yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər (2 sərnişin, 2 qatar heyətinin üzvü) həlak olub, onlarla insan yaralanıb.

Ümumiyyətlə hadisə zamanı qatarda 324 sərnişin olub. Polis qəzanın səbəblərini araşdırır.

Az.News.az