Sürücülərin nəzərinə - İçkili maşın sürənləri nə gözləyir?

14 Mart 2016 11:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Ərşad Hüseynov sosial şəbəkədə yazıb.

Ekspertin fikrincə, bu yumşalma sadəcə sürücülərin yox, sərxoş vəziyyətdə avtomobil sürənlərin, yəni yüksək intizamsızların xeyrinədir.

"Əslində isə bu, kobud səhvdir, çünki ümumi yol hərəkəti təhlükəsizliyinin ziyanınadır. Hətta dərinə gedilsə, elə həmin alkoqoliklərin də ziyanınadır, çünki qanunun yümşalması onları yeni "qəhrəmanlığa" sövq edə bilər. Bunun sonu isə törədilən konkret qəzadan sonra dəmir barmaqlıqların arxası, travmatologiya şöbəsində sürəkli müalicə, ən pis halda isə Əzaryılla erkən görüş ola bilər" - deyə ekspert bildirib.