Qubada ağır qəza - 2 ölü, 1 yaralı

14 Mart 2016 14:45 (UTC+04:00)

Hadisə rayonun Qırız-Dəhnə kəndində qeydə alınıb. Xınalıq kənd sakini Elvin Məlikov idarə etdiyi "VAZ-2121" markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişinləri, həmyerliləri Elşən Yarməmmədov və Şahin Bahaddinov hadisə yerində ölüb, özü isə xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Quba rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

teleqraf.com