Maşın piyadanı vurdu
14 Mart 2016 14:58 (UTC+04:00)
AzNews.az xəbər verir ki, martın 13-də saat 16 radələrində Nəsimi rayonunun Bülbül prospektində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Leyla Nəzirova vurulub. L.Nəzirovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.