Xaçmazda intihar oldu

15 Mart 2016 10:34 (UTC+04:00)

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Mürşüdoba kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Namiq Hüseynov yaşadığı evin həyətindəki yarımçıq tikilidə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

APA.az