British Airways Azərbaycana uçuşları dayandırır

15 Mart 2016 10:53 (UTC+04:00)

Bu barədə şirkətin Bakıdakı nümayəndəliyindən xəbər veriblər.

London-Bakı-London marşrutu üzrə son reys aprelin 29-da olacaq.

Şirkətdən uçuşların dayandırılmasının səbəbi kimi bu marşrut üzrə təlabatın az olması və kommersiya baxımından sərfəli olmaması göstərilib. İkin gələcəkdə bu marşrut üzrə yenidən uçuşların bərpa edilməsini də istisna etməyiblər.

Hazırda British Airways London-Bakı-London marşrutu üzrə reyslər həftədə 6 dəfə həyata keçirilir.

Trend.az