Deputatdan hökumətə çağırış - Dollar krediti ilə bağlı

15 Mart 2016 14:08 (UTC+04:00)

Bu sözləri deputat Fərəc Quliyev deyib.

O qeyd edib ki, həmin vəsait kredit götürənlərin hüquqlarının qorunmasına sərf oluna bilərdi, amma sərf olunmadı :

"21 dekabr devalvasiyasından sonra dollarla kredit götürənlərin borc öhdəliyi iki dəfə artıb. Bu o deməkdir ki, bir il əvvəl 10 min dollar kredit götürən şəxs faizlərlə birlikdə banklara 20800 manat ödəməlidir. Bu manat ifadəsində borcun 2 dəfədən çox artması deməkdir. Devalvasiya nəticəsində əhaliyə dəyən ziyanı kompensasiya etmək üçün hökumət heç bir addım atmadı. İndi də bu addımların atılması gözlənilmir. Bu isə banklara sərf edir.

Fikrimcə, proseslərin bu cür davam etməsi doğru deyil, narazılığı aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Mən təklif edirəm ki, əhaliyə kömək məqsədi ilə birinci mərhələdə əsas borclar, sonra faizlər, daha sonra isə cərimələr ödənilsin".

Modern.az