Noutbuku əlindən alınan gənc intihar etdi

15 Mart 2016 21:42 (UTC+04:00)

Bu barədə məlumat Rusiya İstintaq İdarəsinin rəsmi saytında yerləşdirilib.

Gəncin cəsədi martın 14-də yaşadığı mənzildə tapılıb.

"İstintaqla müəyyən edilib ki, mərhum kompüter oyunları həvəskarı olub və bu səbəbdən atası onun noutbukunu əlindən alıb", - qurumda qeyd ediblər.

Vesti.ru nəşdi bildirir ki, 19 yaşlı gənc bu barədə dostların danışarkən özünü öldürməklə hədələyib.

"Life78" məlumatına əsasən, onun valideynləri bir neçə ildir ki ayrılıblar.

Məlumdur ki, gənc oğlan heç yerdə işləmirdi və oxumurdu.


Oxu.Az