Cəlilabadda partlayış - Yaralılar var

16 Mart 2016 16:03 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 15-də Cəlilabad rayonunun Privolnoye kəndində yaşayan Muxtar Rzayevin evində məişətdə istifadə edilən qaz balonunun nasazlığından ani partlayış baş verib. Nəticədə yanıq xəsarəti alan M.Rzayev, arvadı Nərmin, qohumları J.Rzayeva, A.Rzayeva və Ü.Əsgərova xəstəxanaya yerləşdiriliblər.