Milli Məclisin iclaslarının vaxtı açıqlandı

16 Mart 2016 16:14 (UTC+04:00)

Gələn ay plenar iclaslar aprelin 5-i, 15-i və 26-na planlaşıdırılıb.

Aprelin 5-nə keçirilməsi nəzərdə tutulan iclasın gündəliyi hələlik məlum deyil. Lakin müzakirəsi təxirə salınan İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2015-ci il üzrə illik məruzəsinin aprelin 5-də deputatların müzakirəsinə verilməsi gözlənilir.

Qeyd edək ki, iclasın tarixləri dəyişdirilə də bilər.

Report.az