“Azdrama”da “Keçəlin şahlığı” – 10 günlük

16 Mart 2016 16:26 (UTC+04:00)

Teatrın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, "Keçəlin şahlığı" tamaşası M. F. Axundzadənin "Aldanmış kəvakib" əsərinin motivləri əsasında hazırlanıb. Rejissorları Anar Sadıqov və Əlif Cahangirov olan tamaşada uşaqların və gənclərin estetik tərbiyəsi, psixoloji hazırlığı ilə bağlı bir sıra vacib məqamlara toxunulub. Səhnə əsərində "Sehrli xalat" filmi də xatırlanır. İo-Kio babanın sehrli xalatı vasitəsi ilə keçmişə səfər edilir, Novruz bayramının keçmiş və gələcəklə bağlı olduğu xüsusi vurğulanır.

Səhnə əsərində əsas rolları əməkdar artist Mehriban Xanlarova, aktyorlar Hikmət Rəhimov, Rada Nəsibova, Elnar Qarayev, İlahə Həsənova, Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov və başqaları ifa edir.

Tamaşa martın 19-dan 29-dək gündə dörd seans olmaqla tamaşaçıların ixtiyarında olacaq.

AzNews.az