Mehriban Hüseynovanın əri - Rüstəm Usubovla görüşdü

16 Mart 2016 17:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Musavat.com saytına görüş barədə Hüseynovanın vəkili məlumat verib:

"Baş prokurorun birinci müavini Rüstəm Usubov ilə istintaq idarəsinin rəisi Nazim Abbasov bizi qəbul etdi, görüş normal keçdi. Mehriban xanımın ev dustaqlığına buraxılmasını xahiş etdik. Əgər gələcəkdə əməlində cinayət tərkibi olmasa, işə xitam verilsin. Bizə bildirdilər ki, məsələ ilə bağlı rəhbərliyə məlumat veriləcək. Bizə dəqiq söz vermədilər. Müəyyən istintaq hərəkətləri üçün vəsadətimizi də verdik. Cavab gözləyirik".

Qeyd edək ki, İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova bu il həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Fevralın 13-də Səbail Rayon Məhkəməsində M. Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb. Qərarla razılaşmayan M. Hüseynov Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Müraciətdə M. Hüseynovanın ev dustaqlığına buraxılması barədə iddianın təmin edilməsi də istənilib. Məhkəmə Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 3 ay uzadılması ilə bağlı verdiyi qərarı qüvvədə saxlayıb.