Bankların məcburi ehtiyat norması dəyişir

16 Mart 2016 19:07 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bu Qayda Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları üçün məcburi ehtiyatlar normasını, məcburi ehtiyatların hesablanması və saxlanması qaydasını müəyyən edir.

Dəyişiklik məcburi ehtiyatların normasının dəyişməsi ilə bağlıdır. Qaydaya əsasən hazırda məcburi ehtiyatların norması bütün depozitlər, eləcə də hesablama bazasının bütün həcmləri üzrə 0,5%-dir. Dəyişikliyə əsasən bu il mayın 1-dən məcburi ehtiyatların norması milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 0,5%, xarici valyutada cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 1%, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0% olacaq.