Dollar sürətlə ucuzlaşır - Neft bahalaşır (Yenilənib)

16 Mart 2016 23:20 (UTC+04:00)

Bu barədə FES-in rəhbəri Canet Yellen bildirib.

FES-in iclasından sonra keçirdiyi mətbuat konfransında C. Yellen qeyd edib ki, inflyasiya ilə bağlı proqnoz 1,2%-dək endirilib. İşsizliklə bağlı proqnoz 4,7% səviyyəsində saxlanılıb.

Qeyd edək ki, FES-in növbəti iclası aprelin 26-27-də baş tutacaq.

***
22:20

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) iki günlük iclasına yekun vurulub.

İclasın yekunlarına dair protokolda qeyd edilib ki, FES uçot dərəcəsini dəyişməyib.

Qeyd edək ki, bu qərardan sonra dollar sürətlə ucuzlaşmağa başlayıb. Paralel olaraq, neft bahalaşır.

Bakı vaxtı ilə 22:30-da FES-in rəhbəri Canet Yellenin mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, ötən ilin dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Baza faiz dərəcəsi üzrə orta göstərici 0,375% təşkil edir.


APA