FHN-dən Bakıdakı yanğınla bağlı - Məlumat

16 Mart 2016 23:37 (UTC+04:00)

AzNews.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Bakının Yasamal rayonunda ikimərtəbəli taxta konstruksiyalardan ibarət ümumi sahəsi 600 kv.m olan (hər mərtəbəsi 300 kv.m ) binanın 1-ci mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin dəhlizinin tavanı 10 kv.m sahədə, 2-ci mərtəbədə vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan mənzilin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin dəhlizinin tavanı 10 kv.m sahədə yanıb, 1 otaqda kondisioner və televizor ərimiş, otağın tavanı 10 kv.m sahədə qarsalanıb.

Hadisə nəticəsində bir nəfər yanıq xəsarəti alıb və iki nəfər tüstüdən zəhərlənib. Yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Quliyeva Səriyyə Kərim qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Digər mənzillər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.