Mahaçqalada Azərbaycan vətəndaşı güllələndi
12 Noyabr 2012 06:38 (UTC+04:00)
Dağıstanın paytaxtı Mahaçqalada Azərbaycan vətəndaşı öldürülüb. Lent.az-ın Dağıstan KİV-ə istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Tarki-Tau adlana hissəsində baş verib.
Məlumata görə, şəxsi maşınında yanacaqdoldurma məntəqəsindən çıxan həmyerlimizin qarşısını kəsən naməlum şəxslər 4 ona güllə vurublar. Faktla bağlı cinayət işi qaldırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
AzNews.az