Ankaranı qana boyayanlardan daha birinin kimliyi bilindi – 26 yaşı var (Foto)

17 Mart 2016 10:13 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ikinci "canlı bomba"nın 26 yaşlı Özgür Ünsal olduğu dəqiqləşib. Onun Zonguldakda qeydiyyatda olduğu və uzun müddətdir ki Ankarada yaşadığı bildirilir.

Xatırladaq ki, martın 13-də Ankarada törədilən dəhşətli terror aktı nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb. Hücum sonrası aparılan istintaq nəticəsində terroru törədən birinci "canlı bomba"nın 24 yaşlı Seher Çala Demir olduğu təsdiqlənib.

Aydan AXUNDOVA