Azərbaycanda yeni teatr yaradıldı

17 Mart 2016 11:44 (UTC+04:00)

Bu barədə AzNews.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, "Bakı Estrada Teatrı" adlı teatr Bakı Şəhəri Mədəniyyət və Turizm İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin nəzdində fəaliyyət göstərəcək.

Fariz Qəribxan oğlu Əliyev Bakı Estrada Teatrının direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Əliyev – Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. O, "SOY" prodakşnın hazırladığı "Səs verməyin" şousunun, Atv kanalında yayımlanan "Belə yaxşıdır " və "Tamamla" verilişlərinin ssenaristi, "Yeni Bakılılar" klubunun prezidenti qismində Azərbaycanda keçirilən KVN yarışmalarının təşkilatçısı və baş redaktoru olub. "My name is Intiqam-1", "My name is Intiqam-2", "Şər qarışanda" filmlərinin ideya və ssenari muəllifidir.

Bahar
AzNews.az