Tanınmış siyasətçilər də əfv olundu

17 Mart 2016 15:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamla Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu əfv olunub.

Bundan əlavə, əfv siyasınında jurnalistlərdən Pərviz Həşimlinin, hüquq müdafiəçiləri Hilal Məmmədovun, Rəsul Cəfərovun, Anar Məmmədlinin, Taleh Xasməmmədovun, Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyevin, Müsavat Partiyasının üzvləri Yadigar Sadıqovun, Nemət Pənahlının, Sirac Kərimlinin də adı var.