Reytinq rekordçusu "Kurtlar Vadisi Pusu" filminin yeni – 170-ci seriyasının kadrları yaılıb. Xatırladaq ki, son seriyada "Ağsaqqallar" heyətinin başıçısı Polad Alemdarın üzünə görə, ən doğru addımın onun öldürülməsi olduğunu demişdi. Filmin yekununda isə Polad başçının yerini müəyyənləşdirmişdi.
Polad Alemdarın ofisinə hücum edən Mete Aymarın aqibəti necə olacaq? Polad və adamları "Ağsaqqallar"ın başçını necə qaçıracaq? Başçını dindirən Alemdar axtardığı sualların cavabını tapacaqmı? Şərəf Zazaoğlunu kim güllələyir? Zazaoğlu öləcəkmi? Polad Alemdarın qızı Elifi kim qaçırır? Prokuror Leylaya kim hücum edir? Abdulhey başladıqları işin məsuliyyətini Polasd Alemdara necə xatırladır?
"Vadi" pərəstişkarları bu və s. bu kimi sualların cavabını noyabrın 15-də nümayiş olunacaq "Kurtlar Vadisi Pusu" serialının növbəti seriyasında öyrənəcək.