Prezident rəis və müavinə general rütbəsi verdi

17 Mart 2016 19:08 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini İsmayıl Məmmədəli oğlu Bağırova general-mayor ali hərbi rütbəsi verilsin.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova da general-mayor ali hərbi rütbəsi verilib.