Putinə qarşı sanksiyalar tətbiq edilə bilər

17 Mart 2016 23:33 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Brüsseldə Avropa Parlamentinin sədri Martin Şults bildirib.

Martin Şults Ukraynanın hazırladığı "Savçenko siyahısı"nın ona təqdim edildiyini təsdiqləyib.

"Bu siyahı mənə təqdim edilib. Müvafiq qurumlarımız və mən özüm də bu siyahını araşdıracağıq. Siz sualı belə qoydunuz: "Siyahıda yer alan bütün şəxslər persona non qrata elan ediləcəkmi və prezident Putinin adı çəkilibmi? Mənim cavabım belədir: "Siyahıdakı şəxslərin hamısı persona non qrata elan edilməyəcək. Ola bilər ki, bu bir nömrəli şəxsə (Rusiya prezidentinə) aid edilməsin", - deyə Martin Şults ukraynalı jurnalistin müvafiq sualına cavabında bildirib.

Qeyd edək ki, "Savçenko siyahısı" 40 nəfərdən çox şəxsi əhatə edir.