Bir qrup məhbus azadlığa buraxıldı

18 Mart 2016 09:17 (UTC+04:00)

Tanınmış məhbuslardan Tofiq Yaqublu, Yadigar Sadıqov, Rəsul Cəfərov, Rəşadət Axundov, Sirac Kərimli, Pərviz Həşimli və digərləri artıq azadlığa çıxıblar.

Qeyd edək ki, dövlət başçısının martın 17-də imzaladığı sərəncam ümumilikdə 148 məhkuma şamil olunub. Onlardan 137 nəfər azadlığa buraxılıb, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər cərimə cəzasından azad edilib. Əfv olunan arasında əcnəbilər də var.

APA.az