Maskalı şəxslər ər-arvadı döyərək - Pul apardılar

18 Mart 2016 11:50 (UTC+04:00)

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Qalaqayın kəndində qeydə alınıb. Kənd sakini, 1930-cu il təvəllüdlü Ələkbər Əsədovun yaşadığı evə girən 2 maskalı şəxs onu və arvadı, 1956-cı il təvəllüdlü Sümbül Əsədovanı döyərək mənzildən pul aparıblar.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin Ə. Əsədovun qohumları Ceyhun Qurbanov və Vüqar Qurbanov olmaları müəyyən edilib. Hər iki şəxs tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

APA.az