Azərbaycanlı rekordlar kitabına düşdü – Video

18 Mart 2016 12:10 (UTC+04:00)

AzNews.az oxu.az-a istinadən xəbər verir ki, ilin əvvəlində dünya şöhrətli sirk aktyoru, Amerikanın "America’s Got Talent" istedadlar şousunun finalçısı, uzun müddətdir ki, ABŞ-da yaşayan və işləyən Üzeyir Novruzov yeni rekord vurub.

ABŞ-da azərbaycanlı Çarli Çaplin kimi məşhur olan sirk ustası Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnes-in rekordlar kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilir.