“Xərçəng”dən əziyyət çəkən diktor: “Dəyişkən hava kimiyəm”
18 Mart 2016 12:26 (UTC+04:00)
Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov bildirib. O, bildirib ki, Novruz bayramından sonra müayinə üçün Türkiyəyə gedəcək: "Əməliyyat olunandan bu günə kimi müalicə alıram. Hər müayinədən sonra yeni müalicə yazılır".
Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkir. O, xəstəliklə əlaqədar 2013-cü ilin noyabr ayında Türkiyədə əməliyyat olunub.
Bahar RÜSTƏMLİ
AzNews.az