Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilə bilər

18 Mart 2016 14:08 (UTC+04:00)

Bu barədə Ermənistanın "Aykakan Jamanak" qəzeti yazıb.

Qəzetin diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə ABŞ hər iki ölkə prezidentinin görüşünün təşkili üçün səylərini əsirgəmir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammitində iştiraklarını təsdiqləyiblər.

APA.az