Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə - Müraciət
18 Mart 2016 16:40 (UTC+04:00)
Bu barədə BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.
O qeyd edib ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun polisin gücləndirilmiş iş rejiminə keçməsi barədə imzaladığı əmrə əsasən, Novruz bayramında qeyri-iş günü olmasına baxmayaraq, martın 19-dan 28-dək BDYPİ-nin imtahan-qeydiyyat və texniki baxış şöbələri də adi iş rejimində fəaliyyətini davam etdirəcək.
APA.az