Yunanıstan “böhran büdcəsini” qəbul etdi

12 Noyabr 2012 08:21 (UTC+04:00)


Yunanıstan parlamenti xərclərin kəskin azaldılmasını nəzərdə tutan "böhran büdcəsini" qəbul edib. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, 300 deputatdan 153-ü büdcə layihəsinin lehinə səs verib. Yeni layihəyə görə, 2013-2016-cı illərdə ölkə bütün sahələrə ayrılan xərcləri azaldacaq. Belə ki, yalnız pensiya yaşının yuxarı qaldırılması ilə, hökumət 13.5 milyard avroya qənaət edəcək.

Ekspertlər isə, əmindirlər ki, yeni büdcə layihəsinin qəbul olunması ölkənin kreditə olan ehtiyacından doğur. Belə ki, əvvəl Avropa Birliyi ilə sərt üslubda danışan rəsmi Afina bununla heç bir yardım ala bilməyəcəyini anladı.

Büdcə layihəsinin qəbul olunmasından sonra isə, ölkəyə 31.5 milyard avro kredit ayrılacaq. Daha sonra isə mərhələli olaraq bu məbləğ 130 milyard avroya qədər çatdırılacaq.

Sadiq Musa
AzNews.az