Yanacaqdoldurma məntəqəsində yanğın - 17 yaralı

18 Mart 2016 21:22 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 17 nəfər yanıq xəsarəti alıb.

"Zərərçəkənlərin sayı 17-yə çatıb. Onların həyatına hər hansı bir təhlükə yoxdur", deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Hazırda ərazidə Fövqəladə Hallar nazirliyinin əməkdaşları işləyir. Yanğının söndürülməsinə 15 nəfər canlı qüvvə və 4 ədəd texnika cəlb edilib.