Kürdəmirdə ev yandı

19 Mart 2016 08:56 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qarasaqqal kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.