Dəhşətli təyyarə qəzası ilə bağlı – Matəm elan edildi

19 Mart 2016 10:37 (UTC+04:00)

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, Boeing 737 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən 62 nəfərə görə matəm elan olunacaq. Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib ki, matəm bazar günündən başlayacaq və böyük ehtimalla 2 gün davam edəcək.

Aydan AXUNDOVA