Qız atasını bıçaqladı - Azərbaycanda

19 Mart 2016 12:45 (UTC+04:00)

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Kəpəz rayonunda qeydə alınıb.

Rayon sakini, 1974-cü il təvəllüdlü Elşad Daşdəmirov yaşadığı Gəncə şəhərindəki evdən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

E. Daşdəmirov izahatında bildirib ki, xəsarəti motosiklet idarə edən zaman yıxılarkən alıb.

Araşdırma zamanı E. Daşdəmirova bıçaqla xəsarətin ögey qızı, 1989-cu il təvəllüdlü Günel Nəbiyeva tərəfindən yetirildiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

APA.az