Namaz qılanların nəzərinə - Vaxt dəyişdi

19 Mart 2016 13:03 (UTC+04:00)

Müraciət namaz əhlinə ünvanlanıb.

Bildirilib ki, yay vaxtına keçidin ləğv edilməsilə əlaqədar QMİ-nin rəsmi saytında təqdim olunan namaz vaxtları cədvəllərində 27 mart 2016-cı il tarixdən başlayaraq bütün namaz vaxtlarından 1 saat çıxılmalıdır.

"Örnək: Cədvəldə Bakı şəhəri üçün 27 mart tarixinə göstərilmiş sübh azanı vaxtı: 06:12. Bu göstəricidən 1 saat çıxırıq (06:12 – 01:00) və həmin tarixdə Bakı üçün sübh azanı vaxtını müəyyən edirik: 05:12.

Allah ibadətinizi qəbul eləsin!"

Modern.az